Qəzzada ölənlərin sayı açıqlandı


  • 17:00

Son 24 saat ərzində Qəzza Zolağındakı xəstəxanalara, dağıntılar altından çıxarılan 2 nəfərin və yeni hücumlarda həyatını itirən 1 nəfərin cəsədi çatdırılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, atəşkəs elan edildikdən sonra İsrail hücumları nəticəsində ümumilikdə 241 nəfər həyatını itirib, 609 nəfər yaralanıb. Dağıntılar altından isə 513 cəsəd çıxarılıb.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayı 68 min 875 nəfərə, yaralı sayı isə 170 min 679 nəfərə yüksəlib.

Dağıntılar altında hələ də minlərlə ölünün olduğu bildirilib.

Humay Eminqızı

Oxşar xəbərlər