Boliviyada Ali Məhkəmə eks-prezident Yanin Anesin hökmünü ləğv etdi


  • 00:05

Boliviyanın Ali Məhkəməsi “dövlət çevrilişi işi” üzrə məhkum edilən eks-müvəqqəti prezident Yanin Anesin hökmünü ləğv edib və onun dərhal azad edilməsinə qərar verib.

E-huquq.az xəbər verir ki, bu barədə El Deber qəzeti məlumat yayıb.

“Qərara əsasən onun barəsində çıxarılmış hökm etibarsız sayılıb”, - məlumatda deyilir.

2022-ci ilin iyun ayında Boliviya məhkəməsi Yanin Anesi vəzifəsini məsuliyyətsiz yerinə yetirmək və konstitusiyaya zidd qərarlar qəbul etməkdə təqsirli bilmiş və baş nazir müavini vəzifəsində çalışarkən 2019-cu ilin noyabrında keçirilən proseslər zamanı ölkə prezidenti Evo Moralesin istefası fonunda baş vermiş hadisələrlə əlaqədar 10 il müddətinə azadlıqdan məhrum etmişdi.

Qeyd edək ki, o dövrdə Morales istefasını müxalifət və ordu dəstəyi ilə verilmiş qərarların ardından açıqlamışdı. Anes isə o zaman Senatın ikinci vitse-spikeri idi. O, müvəqqəti olaraq dövlət başçısı vəzifəsini icra etmiş və yeni seçkilərin keçirilməsinə qədər hökumət qurmuşdu.

Oxşar xəbərlər