- 11:15
Türkiyənin Ordu şəhərində daş karxanası çöküb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ordunun Fatsa rayonunda fəaliyyət göstərən karxanada çökmə baş verib.
Karxanada işləyən tikinti maşını və yük maşını sürüşən materialın altında qalıb.
Dağıntılar altında qalan iki fəhlədən birinin meyiti çıxarılıb.
Əraziyə AFAD, xilasetmə, jandarma və tibb qrupları cəlb edilib.
Xilasetmə işləri davam edir.
Ordu valisi Muammer Erol hadisə yerində olub.
Karxananın rayon mərkəzindən 7 kilometr aralıda olduğu bildirilib.
Şəbnəm Mehdizadə