Məzmuna keç

Filippində qasırğa qurbanlarının sayı 114-ə çatıb

Filippinlərdə “Kalmaegi” qasırğası nəticəsində ölənlərin sayı 114 nəfərə çatıb.

E-huquq.az Filippin mediasına istinadən xəbər verir ki, ölüm hallarının 71-i Cebu ərazisində qeydə alınıb. Onların əksəriyyəti torpaq sürüşməsi və daşqınlar nəticəsində həlak olub.

İtkin düşən 127 nəfərin axtarış-xilasetmə işlərinin davam edir.

Ümumilikdə qasırğadan 1 milyon 951 mindən çox insan zərər görüb.

127 mindən çox ailə təxliyə mərkəzlərinə yerləşdirilib.

Təxminlərə görə, “Kalmaegi” qasırğası həftə sonuna doğru Cənubi Çin dənizi üzərindən Vyetnama istiqamətlənə bilər.

Humay Eminqızı