Aİ Rusiya vətəndaşları üçün viza qaydalarını daha da sərtləşdirməyə hazırlaşır


  • 11:00

Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşları üçün viza qaydalarını daha da sərtləşdirməyə hazırlaşır

E-huquq.az xarii mətbuata istinadən xəbər verir ki, Aİ-nin Rusiya vətəndaşlarına yalnız “birdəfəlik viza” verəcəyi iddia edilir.

Bu tənzimləmə Moskvanı Ukraynaya qarşı davam edən müharibəyə görə cəzalandırmaq səylərinin bir hissəsi olacaq.

Yeni tənzimləmə Rusiya vətəndaşlarına çoxdəfəlik Şengen vizaları əvəzinə yalnız birdəfəlik vizaların verilməsini nəzərdə tutur.

Aİ Komissiyasının bu həftə humanitar səbəblər və ya Aİ vətəndaşlığı olan şəxslər üçün bəzi istisnalar təmin edəcək tənzimləməni açıqlayacağı gözlənilir.

Bununla belə, vizanın verilməsi səlahiyyəti üzv dövlətlərin milli yurisdiksiyasına aiddir.

Aİ Komissiyası prosesi çətinləşdirmək imkanına malik olsa da, Rusiya vətəndaşlarına qarşı ümumi qadağa tətbiq etmək səlahiyyətinə malik deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər