- 11:28
Belçikanın Leuven şəhərinin Heverlee rayonundakı hərbi baza yaxınlığında şübhəli cihazın fəaliyyəti müşahidə edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Belçikanın fransızdilli yayım şirkəti RTBF məlumat yayıb.
Mlumata görə, şübhəli cihaz yerli vaxtla saat 18:05 radələrində aşkar edilib.
Şəhər polisinin sözçüsü Marc Vranckx bildirib ki, qruplar Heverlee rayonundakı hərbi baza yaxınlığında işıq aktivliyi aşkarlayıb. Lakin şübhəli cihaz müəyyən edilə bilməyib.
Qeyd edək ki, ötən axşam pilotsuz təyyarələrin aşkarlanmasından sonra Brüssel Hava Limanı ətrafında uçuşlar təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırılıb.
Şəbnəm Mehdizadə