- 11:28
Qərbi Almaniyanın Würselen şəhərində 10 xəstəni öldürməkdə və 27 xəstəni öldürməyə cəhddə təqsirli bilinən tibb qardaşının məhkəmə prosesi keçirilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təqsirləndirilən şəxs gecə növbələrində iş yükünü azaltmaq üçün yaşlı xəstələrə ağrıkəsici və ya sakitləşdirici dərmanlar vurub.
Cinayətlərin 2023-cü ilin dekabrından 2024-cü ilin mayına qədər baş verdiyi bildirilir.
Fransa xəbər agentliyi AFP-nin məlumatına görə, şübhəli 2007-ci ildə tibb təhsilini başa vurduqdan sonra 2020-ci ildə Würselen xəstəxanasında işləməyə başlayıb.
O, 2024-cü ildə həbs edilib.
Məhkəmənin qərarına əsasən o, ömürlük həbs cəzasına məhkum edilib.
Şəbnəm Mehdizadə