- 13:34
Yeni Zelandiyanın Whangarei bölgəsindəki Kamo Qoruğunda 2 şir öldürülüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qoruğun rəhbəri Bolton Equities məlumat verib.
O, hələ avqust ayında maliyyə böhranı ilə əlaqədar olaraq 32,5 hektarlıq ərazinin satışa çıxarıldığını və 18-21 yaşlarında olan yeddi aslanın öldürüləcəyini açıqlayıb.
Tədbirlər çərçivəsində iki şir, İmvula və Sibili ciddi, müalicəsi mümkün olmayan sağlamlıq problemləri səbəbindən xüsusi iynə ilə yatızdırılıb.
Digər beş şirin taleyi hələlik sual altındadır.
Yeni Zelandiyanın İlkin Sənaye Nazirliyi (MPI) heyvanların evtanaziyasına dair qərarın mülk sahibinə aid olduğunu, lakin prosesin heyvanların rifahı qanunlarına uyğun olaraq həyata keçirilməli olduğunu bildirib.
Şəbnəm Mehdizadə