Rusiyada dələduzluqda şübhəli bilinən deputat saxlanıldı


  • 15:09

Rusiyanın İrkutsk vilayətinin Usolye-Sibirskoye şəhər şurasının deputatı Dmitri Suxarev qəzalı mənzillə bağlı dələduzluqda şübhəli bilinərək saxlanılıb.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs şəhər büdcəsinə ümumilikdə 59 milyon rubldan çox maddi ziyan vurub.

İstintaqın məlumatına görə, şübhəli şəxs qəzalı vəziyyətdə olan mənzillərdən vətəndaşların köçürülməsi üçün yaşayış binalarının alınması üçün şəhər administrasiyası ilə müqavilələr bağlayıb.

“2023–2024-cü illər ərzində iş üzrə fiqurant sifarişçiyə görülmüş işlərin həcmi və növləri barədə kadastr mühəndislərinin qəsdən saxta rəylərini təqdim edib. Bu sənədlər əsasında şirkətə avans ödənişləri köçürülüb, yaşayış binaları isə müəyyən olunmuş müddətdə təhvil verilməyib”,- məlumatda bildirilib.

O, Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsində (külli miqdarda dələduzluq) nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir.

Qeyd edək ki, 38 yaşlı təqsirləndirilən eyni zamanda tikinti şirkətinin rəhbəridi.

Humay Eminqızı

Oxşar xəbərlər