- 17:02
Rusiyanın paytaxtı Moskvada “New Me” plastik cərrahiyyə klinikasının direktoru Darina Rubinina uşaq alverində ittiham olunur.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Rubinina Rusiya Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin 2-ci hissəsinin “a” və “b” bəndləri (yetkinlik yaşına çatmayanlara qarşı insan alveri) ilə ittiham olunub.
Qeyd edək ki, yaxın vaxtlarda məhkəmə onun barəsində müəyyən hərəkətlərin qadağan edilməsi şəklində qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq.
Humay Eminqızı