- 17:21
Məhkəmə Rusiya Müdafiə Nazirliyinin hərbi nümayəndəliyinin sabiq rəisi İvan Populovskiyə hökm oxuyub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Rüşvət almaqda ittiham edilən sabiq rəis 10 il müddətinə azadlıqdan məhrum edib. O cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkəcək.
O, “polkovnik” hərbi rütbəsindən məhrum edilib.
İstintaq Komitəsinin məlumatına görə, 2021-ci ildə sifarişçi “Ümumrusiya Elmi-Tədqiqat Layihə-Konstruktor Kabel Məhsulları İnstitutu” və “Ticarət Evi — Ümumrusiya Elmi-Tədqiqat Layihə-Konstruktor və Texnoloji Kabel Sənayesi İnstitutu” ilə 1,2 milyard rubldan çox məbləğdə müqavilələr bağlayıb. Məhsulun keyfiyyətinə nəzarət Populovskiyə həvalə olunmuşdu.
2024-cü ilə qədər təqsirləndirilən şəxs və onun tabeliyində olan Qriqori Zorin müqavilələrin icrası zamanı ümumi 11 milyon rubl məbləğində rüşvət alıblar.
Qeyd edək ki, Zorin 4 il müddətinə yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq, dövlət xidmətində çalışmaq və ya müəyyən peşə və ya digər fəaliyyətlə məşğul olmaq qadağan edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Humay Eminqızı