Almaniyanın bu hava limanında uçuşlar dayandırılıb


  • 16:44

Almaniyanın Hannover hava limanında dron səbəbiylə uçuşlar dayandırılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, polis ötən axşam hava limanına yaxınlaşan təyyarənin pilotunun uçan obyekti gördüyünü və bu barədə rəsmilərə məlumat verdiyini açıqlayıb.

Pilotsuz uçuş aparatının görünməsi səbəbindən yerli vaxtla saat 22:00-22:45 arasında uçuş əməliyyatları tamamilə dayandırılıb.

Bəzi təyyarələr başqa hava limanlarına istiqamətləndirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər