- 17:21
İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı püskürüb
E-huquq.az xəbər verir ki, bu barədə “Antara” agentliyi məlumat yayıb.
Məlumata görə, püskürmə zamanı kül vulkanın kraterindən 1000 metr hündürlüyə və ya dəniz səviyyəsindən 4676 metr yüksəkliyə çatıb.
Kül şimal və şimal-şərq istiqamətlərində yayılır.
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi bölgə sakinlərinə ehtiyatlı olmağı və vulkanın isti qayaları atması riski səbəbindən kraterin 3 kilometr radiusunda qalmalarını tövsiyə edib.
Qeyd edək ki, Semeru İndoneziyanın dördüncü ən yüksək vulkanıdır (dəniz səviyyəsindən 3676 metr yüksəklikdə) və Yava adasındakı ən yüksək zirvədir.
Humay Eminqızı