Cənubi Koreya istixana qazı emissiyalarını 50 faiz azaltmağı planlaşdırır


  • 16:57

Cənubi Koreya 2035-ci ilə qədər istixana qazı emissiyalarını 50 faiz azaltmağı hədəfləyir.

E-huquq.az "Yonhap"a istinadən xəbər verir ki, Cənubi Koreyanın İqlim, Enerji və Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Rəsmi məlumatlara görə, Cənubi Koreyanın 2018-ci ildə istixana qazı emissiyaları 742,3 milyon ton səviyyəsində qeydə alınıb. Bunun 50 faiz azaldılması 2035-ci ilə qədər emissiyaların 371,2 milyon azaldılması deməkdir.

Hökumət gələn həftə Nazirlər Kabinetinin iclasında son istixana qazı emissiyası hədəfi üçün Milli Müəyyənləşdirilmiş Töhfə (NDC) layihəsini hazırlayıb Birləşmiş Millətlər Təşkilatına (BMT) təqdim edəcək.

Hökumət rəsmiləri bəyan ediblər ki, hökumət 2035-ci ilə qədər sektorlarda günəş və külək kimi bərpa olunan enerji mənbələrinin payını artırmağı və ölkə daxilində yeni nəsil elektrik şəbəkəsi qurmağı planlaşdırır.

Elektrik və hidrogenlə işləyən nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsi və ictimai nəqliyyat infrastrukturunun gücləndirilməsi də hökumətin bu məqsədi dəstəkləmək planları sırasındadır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər