Malavi qarğıdalı ixracını qadağan edir


  • 10:01

Malavi uzun sürən quraqlıqdan qaynaqlanan qida böhranı səbəbindən əsas qida məhsulu olan qarğıdalı ixracını qadağan edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Malavinin sənayeləşmə, ticarət, əmək və turizm naziri Çarita Musanzo məlumat verib.

Onun sözlərinə görə, hökumət aclıq təhlükəsinə qarşı yerli ərzaq tədarükünü sabitləşdirmək, qiymət dalğalanmalarını nəzarətdə saxlamaq və milyonlarla malavili vətəndaşın dolanışıqlarını qorumaq üçün bu addımı atıb.

"Qarğıdalı əmtəələrə nəzarət qanununa əsasən lisenziyalı ictimai mal kimi təsnif edildiyi üçün müvafiq icazə olmadan ixracı qanunsuzdur. Bu məhdudiyyəti pozan hər hansı bir şəxs və ya müəssisə qanuni tədbirlərlə üzləşəcək", - deyə nazir bildirib.

Qeyd edək ki, Malavi son illərdə davam edən quraqlıq və təbii fəlakətlər səbəbindən ciddi ərzaq böhranı yaşayır.Keçən ay ölkənin aclıq riski altında olan 28 əyalətindən 11-də fəlakət vəziyyəti elan edilib. ölkə prezidenti Artur Peter Mutharika da parlamentdə çıxış edərək qida böhranını "milli böhran" adlandırıb və beynəlxalq ictimaiyyəti ərzaq yardımına çağırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər