- 10:51
İraqdakı Mosul Beynəlxalq Hava Limanına 11 il sonra ilk rəsmi daxili uçuş həyata keçirilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mosul valisi Əbdülqadir Dahil İraq Xəbər Agentliyinə (INA) açıqlama verib.
"İraq Hava Yollarına məxsus təyyarə ilk rəsmi daxili uçuş olaraq Mosul Beynəlxalq Hava Limanının uçuş-enmə zolağına eniş etdi", - deyə o bildirib.
Hava limanı 2014-cü ildə Mosulu ələ keçirən İŞİD terror təşkilatının hücumundan sonra ləğv edildi.
Vali Mosul Hava Limanından bütün İraq əyalətlərinə və dünyanın müxtəlif ölkələrinə uçuşların həyata keçirilməsinin planlaşdırıldığını bildirib və hava limanının açılışının böyük bir inkişaf fürsəti olduğunu söyləyib.
Xatırladaq ki, Mosul Beynəlxalq Hava Limanı 2014-cü ildə Mosulu ələ keçirən İŞİD terror təşkilatının hücumundan sonra fəaliyyətini dayandırmışdı.
Şəbnəm Mehdizadə