Son 2 həftə ərzində Türkiyənin 45 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir bildirib ki, şübhəli bilinən 178 nəfərdən 67-si saxlanılıb.
48 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.
Digərləri ilə bağlı istintaq hərəkətləri davam edir.
Humay Eminqızı
