- 10:51
Türkiyənin Bitlis şəhərində ölkəyə qanunsuz yollarla daxil olan 20 miqrant saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Bitlis Valiliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən miqrant qaçaqmalçılığının qarşısını almaq üçün tədbirlər davam etdirilir.
Bu çərçivədə, şəhər mərkəzində saxlanılan bir yük maşınında aparılan axtarış zamanı yük maşını qoşqusunun gizli bölməsində 20 qanunsuz miqrant tutulub.
Qanunsuz miqrantlar Vilayət Miqrasiya İdarəsi tərəfindən deportasiya ediləcək.
Faktla bağlı bir nəfər həsb edilib.
Şəbnəm Mehdizadə