- 10:47
BMT-nin Dünya Meteorologiya Təşkilatı (DMT) 2025-ci ilin tarixdə ikinci və ya üçüncü ən isti il olacağını və həddindən artıq isti tendensiyaların artacağını açıqlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Təşkilat barədə Braziliyada keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 30-cu Tərəflər Konfransının (COP30) bir hissəsi olaraq yayımladığı "2025 Qlobal İqlim Yeniləməsi" adlı hesabatında bildirib.
Hesabatda, son 11 ilin 176 illik rekordda ən isti illər olduğunu və son üç ilin isə bütün tarixdə ən isti illər olduğunu bildirilir. 2025-ci ilin də bu meyli davam etdirəcəyi qeyd edilib. Belə ki, 2024-cü ilin yanvar və avqust ayları arasındakı orta səth temperaturu sənaye dövründən əvvəlki orta səviyyədən 1,42 dərəcə Selsi yüksək olub.
DMT hesabatında 2024-cü ildə rekord səviyyələrə çatan istixana qazlarının miqdarı və okean istiliyinin artmağa davam edəcəyini vurğulayıb. Bununla yanaşı, Arktika dəniz buz örtüyünün rekord səviyyədə ən aşağı düşdüyü qeyd olunub.
Hesabatda, həmçinin Antarktida dəniz buz örtüyünün orta səviyyədən aşağı qalması və dəniz səviyyəsinin uzunmüddətli yüksəlişinin davam etdiyi bildirilib. Bu da iqlim dəyişikliklərinin qlobal ekosistemlərə və dənizlərə təsirinin artdığını göstərir.
2025-ci ilin avqust ayında baş verən ekstremal hava və iqlim hadisələrinin həyat, dolanışıq və qida sistemlərinə ciddi təsir etdiyi, bir çox bölgədə köçkünlük və iqtisadi inkişafın ləngiməsi ilə nəticələndiyi vurğulanıb. Hesabatda iqlim hadisələrinin iqtisadi tərəqqiyə maneə yaratdığı və bir çox ölkədə erkən xəbərdarlıq sistemlərinin artdığını qeyd edir. 2015-ci ildən bu yana fəlakət riskləri üçün erkən xəbərdarlıq sistemləri elan edən ölkələrin sayı iki dəfə artıb və 2024-cü ildə bu sayı 56-dan 119-a yüksəlib. Lakin hələ də dünyanın 40 faizində erkən xəbərdarlıq sistemləri mövcud deyil, bu da qlobal iqlim təhlükələrinə qarşı hazırlıqsızlığı göstərir.
Hesabatda iqlimlə əlaqəli amillərin bərpa olunan enerjiyə olan tələbatı və təklifi necə formalaşdırdığına da toxunulub. Etibarlı və davamlı təmiz enerji sistemlərinin yaradılmasının vacibliyi vurğulanıb. Bununla yanaşı, qlobal temperaturun artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmağın hələ də mümkün olduğu bildirilir.
DMT-nin baş katibi Seleste Saulo hesabatda qeyd edib ki, bu misli görünməmiş yüksək temperatur səviyyələri və keçən ilki istixana qazı səviyyələrindəki rekord artımla birlikdə qlobal istiləşmənin 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırılmasının çətinləşdiyini açıq şəkildə göstərir. Lakin Saulo, əsrin sonuna qədər bu məqsədin hələ də mümkün olduğunu və bu istiqamətdə təcili tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
Bu hesabat qlobal iqlim dəyişikliyinin təsirlərinin daha da gücləndiyini və bununla mübarizədə dünya miqyasında birgə səylərin zəruri olduğunu bir daha ortaya qoyur.
Şəbnəm Mehdizadə