Məhkəmədən sonra zərərçəkmişi təqib edib güllələdi


  • 13:35

Türkiyənin Kayseri şəhərində məhkəmə prosesindən sonra insident yaşanıb.

E-huquq.az "Hukuki haber"ə istinadən xəbər verir ki, qəsdən sağlamlığa yüngül zərə vurma, silahla hədə-qorxu gəlmə və qanunsuz silah gəzdirməkdə təqsirləndirilən şəxs noyabrın 4-də Kayseri 6-cı Cinayət Məhkəməsində keçirilən prosesə qatılmayıb.

Məhkəmə iclasının başa çatmasını gözləyən Mustafa adlı 38 yaşlı həmin şəxs prosesdən sonra binadan çıxan zərərçəkmiş şəxsi izləyib. Zərərçəkmiş şəxs təqib olunduğunu anladıqda qaçmağa çalışsa da, təqsirləndirilən şəxs ona odlu silahdan atəş açıb.

Nəticədə zərərçəkmiş şəxs baş nahiyyəsindən yaralanıb.

Hadisə yerinə polis ə təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhli bilinən şəxsin axtarışları davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər