- 16:49
Rusiyanın paytaxtı Moskvada terror aktına hazırlığın qarşısı alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
Məlum olub ki, 27 yaşlı Volokolamsk sakini naməlum şəxs ilə yazışma aparıb və Ukrayna xüsusi xidmətlərinə kömək etmək istədiyini bildirib. Kuratorun göstərişi ilə həmin şəxs Lyubertsi şəhərində yerləşən bir qaraj kooperativinə gəlib və oradan gizli yerdən partlayıcı qurğu olan paketi götürüb. O paketi Moskvanın İzmaylovo parkına çatdırmalı və eyni üsulla təhvil verilməli idi.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 30 və 205-ci maddələri ilə cinayət işi açılıb.
Şübhəli şəxs həbs edilib.
Humay Eminqızı