- 16:55
İndoneziyada məktəb şəhərciyindəki məsciddə partlayış olub, 54 nəfər yaralanıb
İndoneziyanın paytaxtı Cakartada məktəb şəhərciyindəki məsciddə partlayış baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, məsciddə cümə namazı zamanı ard-arda birdən çox partlayış səsləri eşidilib.
İlkin məlumatlara görə hadisə nəticəsində 54 nəfər yaralanıb.Onlardan üçünün vəziyyəti ağırdır.
Yaralılar xəstəxanaya çatdırılıb.
Partlayışın səbəbləri araşdırılır.
Humay Eminqızı