- 17:25
ABŞ-nin Virciniya ştatında 6 yaşlı şagirdi tərəfindən güllələnən müəllimə 10 milyon dollar təzminat ödəniləcək.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Virciniya ştatının Newport News şəhərində müəllim işləyən və 2023-cü ilin yanvarında 6 yaşlı şagirdi tərəfindən sinifdə güllələnən Abigail Zwerner məktəbin keçmiş direktor müavininə qarşı məhkəmədə iddia qaldırıb.
Zverner keçmiş direktor müavini Ebony Parkerə qarşı 40 milyon dollarlıq iddia qaldıraraq onu səhlənkarlıqda ittiham edib.
Məhkəmə Parkeri kobud səhlənkarlıqda təqsirli bilib və müəllimə 10 milyon dollar təzminat ödənilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, 6 yaşlı uşaq evdən 9 millimetrlik tapançanı götürərək məktəbə gedib. Uşaq sinifdə tapançanı müəllimə atəş açıb. Əlindən və sinəsindən yaralanmasına baxmayaraq, Zverner şagirdləri təhlükəsiz şəkildə sinifdən çıxara bilib.
Müəllim yaralı əlindən beş dəfə əməliyyat olunub, lakin güllə hələ də çıxarılmayıb.
Şəbnəm Mehdizadə