Moldova “Lukoil”in aktivlərinin bir hissəsini almaq istəyir


  • 16:49

Moldova hökuməti sanksiyalara məruz qalmış "Lukoil" şirkətinin Kişinyov hava limanında yerləşən yanacaq anbarlarını satın alacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Moldovanın energetika naziri Dorin Junqetu "Facebook" səhifəsində məlumat yayıb.

"Hökumətin İnvestisiya Şurası "Lukoil"in hava limanının yanacaq anbarının alınmasını təklif edib. Məqsəd dövlətin şirkətin infrastrukturuna və resurslarına nəzarət edə bilməsidir. Bu sazişin yerinə yetirilməsi üçün son tarix 17 noyabrdır, çünki 21 noyabrdan etibarən Moldova ABŞ sanksiyalarına qoşulacağı üçün "Lukoil" fəaliyyətini davam etdirə bilməyəcək”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, hökumət “Lukoil”in hava limanındakı aktivlərini milli təhlükəsizlik meyarlarına əsasən başqa şirkətə satmaq təklifini rədd edib.

Humay Eminqızı

Oxşar xəbərlər