Avropa Komissiyası ruslar üçün viza qaydalarını sərtləşdirdi


  • 17:16

Avropa Komissiyası (AK) Rusiya vətəndaşlarına Avropa İttifaqına (Aİ) üzv ölkələrə daxil olmaq üçün vizaların verilməsi üçün daha sərt qaydalar qəbul edib.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat AK-nın saytında yer alır.

Yeni qaydalara əsasən, Rusiya vətəndaşları artıq çoxdəfəlik viza ala bilməyəcək.

Belə ki, Rusiya vətəndaşlarından hər dəfə Aİ-yə səyahət edərkən yeni viza ərizəsi təqdim etmələri tələb olunacaq.

Bildirilib ki, bu qərar Rusiyanın Ukraynaya qarşı əsassız təcavüzü və Moskvanın miqrasiyadan silah kimi istifadə etməsi, təxribat aktı və potensial risklərin artması ilə bağlıdır.

Rusiya vətəndaşı olan hüquq müdafiəçiləri və müstəqil jurnalistlər üçün isə istisnalar mümkündür.

Humay Eminqızı

Oxşar xəbərlər