- 17:16
Türkiyənin Muğla şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Muğlanın Fethiye rayonunda əyləci boşalan yük maşını şagirdləri daşıyan mikravtobusla toqquşub.
Qəza nəticəsində 1 müəllim və 21 şagird xəsarət alıb.
Hadisə yerinə çoxlu sayda tibbi briqadalar göndərilib.
Yaralılar təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Onların həyati təhlükəsinin olmadığı bildirilir.
Polis qrupları qəza ilə bağlı araşdırma aparır.
Şəbnəm Mehdizadə