- 09:56
Türkiyənin İzmir şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmirin Kemalpaşa rayonunda iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Hadisə yerinə tibb, polis qrupları və yanğınsöndürənlər göndərilib.
Xəsarət alan şəxslər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitələrindən çıxarılıb.
Yaralılar təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.
Şəbnəm Mehdizadə