- 09:56
Türkiyənin Kayseri şəhərində silahlı insident baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kayserinin Kocasinan rayonunda 2 nəfər mübahisə etməyə başlayıb.
Mübahisə qısa zamanda davaya çevrilib və tərəflərdən biri digərinə özü ilə gətirdiyi tüfənglə atəş açıb.
Hadisə yerinə polis və təcili tibbi yardım qrupları göndərilib.
Ağır yaralanan şəxs xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Şübhəli şəxsin tutulması istiqamətində araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə