- 09:56
Türkiyənin İzmir şəhərində 64 qanunsuz miqrant xilas edilib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.
Belə ki, İzmirin Dikili sahillərində mühərrikində nasazlıq yaranan qayıqda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Komandanlığın əməkdaşları cəlb edilib.
Komandalar rezin qayıqdan 40-ı uşaq olmaqla 64 qeyri-qanuni miqrantı xilas edib.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə