Yaşayış binasında çökmə təhlükəsi yarandı, vətəndaşlar təxliyə olundu


  • 09:56

Türkiyənin Kocaeli şəhərində yaşayış binasının bir hissəsində çökmə ehtimalı yaranıb.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kocaelinin Gebze rayonunda iki mərtəbəli binanın sütunlarında çatlar və konstruksiyasında sürüşmə aşkar edilib. Üç ailənin yaşadığı bina boşaldılıb.

Qruplar hadisə yerinə gələrək araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, binada əvvəllər ölçü cihazı quraşdırılıb.

Binada yaşayan 11 nəfər təhlükəsizlik məqsədilə qohumlarının yanına köçüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər