- 15:18
Türkiyənin Adana şəhərində güclü yanğın baş verib.
E-huquq.az xəbər verir ki, Adananın Seyhan rayonunda xırdavat və inşaat malları satılan ticarət mərkəzində naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım və polis qrupları göndərilib.
Yaxınlıqdakı digər ticarət obyektlərinə də keçən yanğın bir müddət sonra nəzarət altına alınıb.
Yanğının səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə