- 15:18
Filippində "Kalmaegi" qasırğası nəticəsində ölənlərin sayı 204-ə çatıb.
E-huquq.az bu barədə Filippin Xəbər Agentliyinə istinadən xəbər verir .
Məlumata görə, 109 nəfər itkin düşüb. Zərər çəkənlərin sayı isə 2,9 milyon nəfərə çatıb.
Filippin prezidenti Ferdinand Markos noyabrın 6-da ölkədə fövqəladə vəziyyət elan edib.
Şəbnəm Mehdizadə