- 15:50
Yaponiyada bu il 192 ayı hücumunda 13 nəfər həlak olub.
E-huquq.az xəbər verir ki, polis əməkdaşlarına ayılara qarşı silah istifadə etməyə icazə verilib.
Belə ki, noyabrın 13-dən etibarən polisin xalqa hücum edən ayılara qarşı silahdan istifadəsinə icazə veriləcək.
Yeni qaydaya əsasən, ayı hücumlarının ən çox baş verdiyi prefekturalardan ikisi olan İvate və Akitaya təyin edilmiş çevik polis məmurları fövqəladə vəziyyətlərə birbaşa müdaxilə edə və təhlükə yaradan ayıları öldürə biləcəklər.
İlkin olaraq, hər bir prefekturaya baş zabit, yerli hakimiyyət orqanları ilə əlaqəyə cavabdeh olan zabit və iki atıcıdan ibarət iki komanda yerləşdiriləcək.
Şəbnəm Mehdizadə