Məzmuna keç

Ətir fabrikində dəhşətli yanğın: 6 nəfər ölüb, 5 nəfər yaralanıb

Türk8iyənin Kocaeli şəhərində ətir fabrikində dəhşətli yanğın hadisəsi baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kocaelinin Dilovası rayonunda yerləşən fabrikin 5 mərtəbəli anbarında naməlum səbəblərdən yanğın başlayıb.

Yanğın zamanı anbarda olan 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib və yanğın nəzarət altına alınıb.

Kocaeli Valisi İlhami Aktaş Dilovasıda yanğının açıqlayıb.

Aktaş yanğında həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Yanğının səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadəh