Məzmuna keç

Qonşusunun eyvanına xalça silkələdi –

Türkiyənin Malatya şəhərində qonşusunun eyvanına xalça silkələmək və zibil atmaqda təqsirləndirilən şəxsə 3 aylıq həbs cəzası verilib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Malatya sakini qonşusundan eyvanına zibil atmağı və xalçanı silkələməyi dayandırmasını istəyib.

Xəbərdarlıqlara baxmayaraq, həmin şəxs əməlinə davam edib.

Malatya 6-cı Asliye Cəza Məhkəməsində hakim qarşısına çıxan şübhəli özünü təqsirli bilməyib və bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmə həmin şəxsin qəsdən qonşusunu narahat etdiyi qənaətinə gələrək ona 3 ay həbs cəzası verib.

Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü dəyişməyib.

Şəbnəm Mehdizadə