Albaniya-Yunanıstan sərhədində dünyanın ən böyük hörümçək toru tapılıb


  • 16:06

Avropalı tədqiqatçılar Albaniya-Yunanıstan sərhədindəki Kükürd mağarasının dərinliyində dünyanın ən böyük hörümçək torunu aşkar ediblər.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar Kükürd mağarasında tapılan iki növə aid hörümçəklərin populyasiyaları digər populyasiyalardan genetik cəhətdən fərqləndiyini müəyyən edib.

Rumıniyada yerləşən Macarıstanın Transilvaniya Sapientia Universitetinin Biologiya kafedrasının müəllimi və tədqiqatın aparıcı müəlliflərindən biri olan İştvan Urak bildirib ki, bu tapıntı dünyanın ən böyük hörümçək toru hesab edilə bilər.

Agelenidae və Linyphiidae hörümçək növlərinin insan məskənlərinin yaxınlığında çox rast gəlindiyini qeyd edən Urak, koloniyanın eyni tor quruluşu daxilində bu qədər çox sayda birlikdə yaşayan iki növün unikal nümunəsi olduğunu qeyd edib.

Hörümçək torunun 100 kvadratmetrdən çox sahəni əhatə etdiyi bildirilib.

Araşdırmanın nəticələri “Subterranean Biology” jurnalında dərc olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər