Kiyevdə polis rəisi 400 min dollar mənimsəməyə görə həbs olundu


  • 10:30

Ukraynada məhkəmə Kiyevin Darnitski rayonu polis idarəsinin rəisi Yuri Rıbyanskini cinayətkarlardan götürülmüş 400 min dolları mənimsədiyi üçün həbs edib.

E-huquq.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Rıbyanski barəsində 60 günlük həbs-qətimkan tədbiri seçilib.

O, 13,3 milyon qriven (təxminən 317,3 min ABŞ dolları) məbləğində girov qoymaqla azadlığa buraxıla bilər.

Oxşar xəbərlər