Yaponiyada 6,7 bal gücündə zəlzələ baş verdi


  • 13:12

Yaponiyanın şimal-şərqində 6,7 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri İvate prefekturasının şərqində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Yaponiyanın şimal-şərq sahilləri üçün müvəqqəti sunami xəbərdarlığı edilib, lakin zəlzələdən bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Oxşar xəbərlər