İstanbulda zəncirvari yol qəzasında 6 nəfər yaralanıb


  • 11:06

Türkiyənin İstanbul şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Ataşehir rayonunda 5 avtomobilin toqquşduğu qəzada 6 nəfər yaralanıb.

Əraziyə yanğınsöndürənlər, polis və tibb işçiləri göndərilib.

Yaralılar təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Magistral yolda nəqliyyatın hərəkəti bir müddət sonra bərpa edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər