Cənubi Koreyanın qərb sahillərində 600 illik yük gəmisi aşkar edilib


  • 11:28

Cənubi Koreyanın qərb sahillərində 600 il əvvələ aid Coseon sülaləsi (1392-1910) dövründə vergi toplamaq üçün istifadə edilən yük gəmisinin qalıqları aşkar edilib.

E-huquq.az “The Korea Herald” qəzaetinə istinadən bu barədə xəbər verir ki, Cənubi Koreya Milli Dəniz İrsi Tədqiqatları İnstitutu (NRIMH) məlumat yayıb.

Bildirilib kİ, "Mado 4" gəmisi təxminən on illik analizlərdən sonra dəniz dibindən çıxarılıb.

Arxeoloqlar həmçinin 2015-ci ildə Cənubi Chungcheong əyalətinin Taean sahillərində aşkar edilmiş gəminin özü ilə yanaşı, içərisində taxta etiketlər, mis saxlama qabları, çini əşyalar və marşrut məlumatları olan taxta materiallar da tapıblar.

NRIMH rəsmiləri bildiriblər ki, sözügedən gəminin kəşfi Coseon sülaləsinin bürokratiyası, vergitutma və nəqliyyat sistemləri haqqında əvvəlki bilikləri təsdiqləyir.

Gəmidə tapılan 120-dən çox artefaktdan ibarət “Dənizdən keçən millətin gəmisi” adlı xüsusi sərgi açılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər