- 14:56
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin həlak olan 20 hərbçisindən 18-nin nəşi tapılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Geka Geladze məlumat verib.
Bildirilib ki, digər iki hərbçinin nəşinin axtarılması yönündə işlər davam etdirilir.