- 07:36
Türkiyənin Balıkesir şəhərində ardıcıl güclü yeraltı təkanlar qeydə alınıb.
E-huquq.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 07:16, 07:20 və 07:21-də baş verib.
Zəlzələlərdən ən şiddətlisi 4,7 bal gücündə, digərləri isə 4,2 bal gücündə olub.
Şəbnəm Mehdizadə