Türkiyədə fabrikdə güclü partlayış baş verib


  • 10:45

Türkiyənin Afyonkarahisar şəhərində fabrikdə güclü partlayış baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, partlayış fabrikin qazanxanasında baş verib.

Hadisə nəticəsində 10 nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər