Minik avtomobilləri toqquşub: 1 nəfər ölüb, 4 nəfər yaralanıb


  • 11:14

Türkiyənin Çorum şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çorumun İskilip rayonunda iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə yerinə polis, jandarma və təcili tibbi yardım briqadası cəlb edilib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər