Məzmuna keç

Hindistanda partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Hindistanın Dehli şəhərində avtomobilin partlaması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı aparılan istintaq çərçivəsində 10 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.

Xatırladaq ki, Noyabrın 10-da, axşam saatlarında Dehlinin mərkəzi və izdihamlı bölgələrindən biri olan Qırmızı Qala bölgəsində avtomobildə partlayış baş verib.

Hindistan hökuməti hadisənin “antimilli qüvvələr tərəfindən törədilən terror hadisəsi” olduğunu bəyan edib.

Humay Eminqızı