46 milyon dollarlıq dələduzluqda təqsirləndiriln falçının məhkəməsi başlayır


  • 13:22

Avstarliyada özünü falçı və feng-şui ustası kimi təqdim edən 53 yaşlı qadın və onun 25 yaşlı qızı 46 milyon dollarlıq dələduzluqda təqsirləndirilir.

E-hquuq.az xarici mətbuata istinadən xəbər verir ki, ana 39 ittiham üzrə məhkəmə qarşısına çıxarılacaq.

Onun qızı isə yeddi ittihamla üzləşir.

Avstraliya polisinin dediyinə görə, ana fal seanslarına gələnlərə və maddi sıxıntılardan şikayət edənlərə "bir milyarder tezliklə sizə kömək edəcək” deyərək onları aldadıb.

Qadın qurbanlarını kredit götürməyə razı salıb və kreditin bir hissəsini özündə saxlayıb.

Əməliyyat zamanı polis dəbdəbəli çantalar, maliyyə sənədləri, telefonlar, 40 qramlıq qızıl külçə və 6600 AUD dəyərində kazino çipləri götürüb.

Bundan əlavə, istintaq çərçivəsində 15 milyon dollarlıq aktivlərə həbs qoyulub.

Polis rəsmisi Gordon Arbinja bildirib ki, istintaq getdikcə ölkənin ən geniş maliyyə cinayəti şəbəkələrindən birini üzə çıxarıb.

Sydney Morning Herald qəzetinin məlumatına görə, ana və qızın “Pentxaus bandası” adlandırılan cinayətkar qrpla əlaqəsi var.

Təşkilatın Avstraliya banklarına ümumilikdə 250 milyon dollara qədər zərər vurduğu güman edilir.

İndiyədək 12-dən çox şəxs həbs edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər