Yaponiyada ayı hücumlarından rekord sayda insan həlak olub


  • 13:32

Yaponiyada son səkkiz ay ərzində ay hücumları nəticəsində azı 13 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.

Məlumata görə ən çox hücumlar Akita və İvatə prefekturalarında baş verib.

Hücum hallarının artması fonunda aidiyyəti qurumlar kurortlarda istirahət edənləri qorumaq üçün tədbirlər görməyə hazırlaşır. Yaponiya Turizm Agentliyi qoruyucu hasarların tikilməsi xərclərinin bir qismini maliyyələşdirməyi planlaşdırır.

Mütəxəssislərin sözlərinə görə, iqlim dəyişikliyi və palıd qozalarının çatışmazlığı ayıları yaşayış məntəqələrinə daha da yaxınlaşdırır.

Qeyd edək ki, Yaponiyada 2023-2024-cü illərdə 9 000-dən çox, bu ilin aprel-sentyabr ayları arasında isə 4 200-dən çox ayı öldürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər