"TikTok"a qarşı məhkəmədə iddia qaldırılıb


  • 16:51

Fransada 60 min yazıçını təmsil edən Müəllif Hüquqları Cəmiyyəti SACD "TikTok"u məhkəməyə verib.

E-huquq.az xəbər verir ki, Fransada kino, televiziya, teatr və komediya sahələrində təqribən 60.000 yazıçını təmsil edən Müəllif Hüquqları Cəmiyyəti olan SACD sosial media platformasını müəllif hüquqlarının pozulmasına görə məhkəməyə verdiyini açıqlayıb.

Açıqlamada "TikTok"un illərdir qorunan əsərlərdən icazəsiz istifadə etdiyini, müəlliflərə məqbul təzminat təklif etmədiyini və tələb olunan məzmunu platformadan silmədiyini bildirilib.

Assosiasiya "TikTok" videolarında məşhur fransız filmləri, cizgi serialları və komediya eskizlərindən dialoq və səhnələrin icazəsiz istifadə edilməsinə istinad edib.

Dörd illik nəticəsiz danışıqlardan sonra SACD məhkəməyə müraciət edib.

İş üzrə ilk məhkəmə iclası martın 18-də keçiriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər