Almaniya məhkəməsi "OpenAI" barədə qərar qəbul edib


  • 16:56

Almaniyanın Musiqi İfaçılığı və Hüquqlarının İdarə Edilməsi Cəmiyyəti (GEMA) süni inteelket şirkəti "OpenAI"ni məhkəməyə verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, GEMA şirkəti lisenziyalı musiqi əsərlərindən icazəsiz istifadə etməkdə günahlandırıb.

Almaniya məhkəməsi şirkətin müəllif hüquqları qanunlarını pozduğuna və dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul edib.

Lakin qarşı tərəfə ödəniləcək təzminatın məbləği açıqlanmayıb.

Təşkilatın baş direktoru Tobias Holzmüller bunun yaradıcıların hüquqlarının qorunmasında ilk əhəmiyyətli qərar olduğunu söylədi.

"Bu gün biz müəlliflərin hüquqlarını qoruyan və aydınlaşdıran bir presedent yaratdıq. ChatGPT kimi süni intellekt alətlərinin operatorları da müəllif hüquqları qanunlarına əməl etməlidirlər. Biz musiqi yaradıcılarının hüquqlarını uğurla müdafiə etdik" - deyə o əlavə edib.

OpenAI məhkəmənin qərarı ilə razılaşmadığını və növbəti addımları qiymətləndirdiyini bildirib. Şirkət digər yaradıcı qruplar və media qurumları tərəfindən də oxşar əsaslarla məhkəməyə verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər