Ukrayna Aİ-dən 5,9 milyard avro yardım alıb


  • 17:13

Ukrayna Avropa İttifaqından 5,9 milyard avro məbləğində maliyyə yardımı alıb.

E-huquq.az xəbər verir ki, bu barədə Baş nazir Yuliya Sviridenko məlumat verib.

O bildirib ki, bu ödəniş iki hissədən ibarətdir:

4,1 milyard avro - ERA Loans mexanizmi çərçivəsində, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilən 18 milyard avroluq proqramın son tranşı kimi;

1,8 milyard avro - Ukraine Facility proqramı çərçivəsində.

“Bu vəsait xilas edilən həyatlara, bərpa olunan infrastruktura, güclənən iqtisadiyyata xidmət edir. Bu o deməkdir ki, biz daxili resurslarımızın daha böyük hissəsini əsas məqsədə — müdafiəyə yönəldə bilərik,” - deyə Sviridenko qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər